“Omikron” koronavirusun mutasiyalarından biridir. “Omikron”da xəstəliyin gizlin dövrü çox qısadır. Dünya ölkələrində həmin ştamın da müəyyən növləri var”.
Lent.az-a istinadən xəbər veririk ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, bu xəstəlik 3-4 gün, nadir hallarda 5 gün çəkə bilər:“Buna görə də karantin müddəti 7 günə qısaldıldı. Yoluxuculuq günlərinin sayı da azdır. Hətta bəzi ölkələrdə karantin müddəti 5 günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə oxşarlıq təşkil edir”.
Nazirlik rəsmisi qeyd edib ki, digər infeksiyalarda 38-39 qızdırmalarda insanlar halsız olmurdusa, indi 37 dərəcə qızdırmada yorğunluq olur:
“Əvvəlki ştamlardakı iy, dad bilmə yeni ştamda az müşahidə olunur. Mədə-bağırsaq sisteminin pozulması daha çox qeydə alınır. Bəzi xəstələrdə ilkin əlamətlər bu cür ola bilər”.
Çap