Menu
02 fev 01:58XƏBƏR LENTİ / Gündəm

Koronavirusdan qorunmağın ƏN TƏSİRLİ YOLU - Məşhur professor AÇIQLADI

Türkiyəli infeksionist, məşhur professor Oğuz Karabay koronavirusdan qorunmaq üçün əlləri tez-tez yumağı və spirtli dezinfeksiyaedici maddələrdən istifadə etməyi tövsiyə edib.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis Çində meydana gələn və dünyada böyük qorxu yaratmış koronavirus haqqında açıqlama yayıb.
“Koronaviruslar illərdir tanıdığımız, soyuqdəymə nəticəsində gözlərdə selikli qişalara yapışan, burun və boğazda əmələ gələn viruslardır.
Koronavirusların əsas mənbəyi heyvanlardır. Odur ki, infeksiyalar insanlara birinci heyvanlardan ötürülür. Məsələn, dəvə və yarasalar kimi müxtəlif heyvanlar bu infeksiyaları insanlara ötürə bilər. Bu virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2019-cu ilin dekabr ayında qəbul edildi. Virusun heyvanlardan insanlara yoluxduğu düşünülür. Virus insanların tənəffüs yollarında infeksiyaya səbəb ola bilər. Bəziləri düşünür ki, virusa hər yoluxan reanimasiyaya düşəcək və ya öləcək. Bəzi insanlarda ölümcül ola bilər, ancaq əldə edilən məlumatlar göstərir ki, virusa yoluxan 100 adamdan 98-i ölümcül deyil”.

Professor qeyd edib ki, odekolon ən asan əldə edilən spirtli dezinfeksiyaedicidir:
“Təbii ki, infeksiyası önləmək üçün hər cür tədbirləri almalıyıq. Hər cür tədbirləri yerinə yetirin, əlləri tez-tez yuyun. Hazırda Türkiyədə bu virusa yoluxan yoxdur, amma xəstəlik aşkarlanarsa, maska taxmalı və gigiyenik qaydalara əməl etməliyik. Virusun ən asan yayılma yollarından biri kirli əllərdir. Əllərimizi su və sabunla 20 saniyəyə yumalı və ya spirt əsaslı dezinfeksiyaedici maddələrlə təmizləməliyik. Türk cəmiyyətində çox gözəl bir vərdiş var - əlləri odekolonla silmək. Odekolondan tez-tez istifadə etməyi məsləhət görürəm, lakin təşvişə düşmək lazım deyil. Odekolon bu virusların yayılmasının qarşısını alan təsirli üsuldur. Çünki bunlar zəif viruslardır və alkoqol kimi əl dezinfeksiyaedicilər sayəsində dərhal ölürlər.
Hal-hazırda A və B qripləri bütün dünyada səyahət edir, odur ki, hamımız istənilən vaxt qripə yoluxa bilərik. Qripdən qorxuruqmu? Xeyr. Qrip “koronavirus” kimi bəzi xəstələrdə ölümcül ola bilər. Hər ikisindən qorunmağın yolları eynidir. Gigiyena, xəstə və halsız görünənlərdən uzaq olmaq və maska taxmaq kifayətdir”.
Məlumat üçün bildirək ki, koronavirusun yeni növü ilk dəfə 12 dekabrda Çinin Vuhan şəhərində aşkar edilib. Çin rəsmiləri virus nəticəsində bu günə qədər 259 insanın öldüyünü bildirib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılması ilə əlaqədar qlobal bir fövqəladə vəziyyət elan edib.(publika.az)
Çap
Komment Əlavə et