"İkinci Qarabağ müharibəsindən sonra regionda əməkdaşlıq imkanları çoxalıb".
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp jurnalistlərə bildirib.
“Sərhəddə müəyyən toqquşmalar baş versə də, regionda əməkdaşlıq üçün daha çox imkanlar yaranıb. Burada Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını, "3+3" formatında əməkdaşlıq məsələlərini qeyd edərdim”, - səfir deyib.
Diplomat qeyd edib ki, Azərbaycan, Ermənistan, Gürcüstan bu istiqamətdə birgə çalışmalıdırlar.
Çap