"Ermənistanın işğalçılıq siyasəti davam edir".
"Report"un xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşündə deyib.
Nazir bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqları rəsmi Yerevan tərəfindən qəsdən yubadılır.
C.Şarp öz növbəsində Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.
Britaniyalı diplomat həmçinin regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizədə birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəal iştirakına görə Azərbaycana minnətdarlığını bildirib.
Çap