Yəmənin şimalındakı “Ənsar Alla” hərəkatının üsyançıları (husilər) Dubay hava limanına ballistik raket atdıqlarını açıqlayıblar. AzVision.az xəbər verir ki, bu barədə husi silahlılarının sözçüsü Yəhya as-Saria deyib.
"Əl-Musaffa neftayırma zavodu və Əbu-Dabi hava limanı dörd qanadlı "Qüds-2" raketi ilə, Dubay aeroportu isə "Zülfiqar" ballistik raketi ilə vurulub", - o bildirib.
Bazar ertəsi paytaxt Əbu-Dabi hava limanında yanğın baş verib. Polisin məlumatına görə, buna səbəb pilotsuz uçan aparatın vurulması olub. Dubay səlahiyyətliləri Beynəlxalq Hava Limanının atəşə tutulması və ya fəaliyyətini dayandırması barədə qarşı tərəfin iddialarını təsdiqləməyib.
BƏƏ-nin Xarici İşlər Nazirliyi husilərin mülki hədəfləri atəşə tutmasını pisləyib və cavab tədbirləri görəcəyini bəyan edib.
Çap