Menu
07 yan 02:10XƏBƏR LENTİ / Xarici

Ərdoğan: “Milli döyüş təyyarəmiz 2023-cü ildə anqardan çıxacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli texnologiyalar və yeni investisiyalar kollektiv açılış-təqdimat mərasimində mühüm açıqlamalar verib.
O, ölkənin müdafiə sənayesindən əldə edilən uğurlardan danışıb.
Dövlət başçısı bildirib ki, Türkiyədə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin sayı 56-dan 500-ə yüksəlib. 20 il əvvəl cəmi 62 olan müdafiə layihələrinin sayı bu il 750-i keçib.
“PUA istehsalında dünyada ilk üç ölkə arasındayıq. PUA-larından dəniz platformalarına, pilotsuz avtomobillərdən süni intellektə və peyklərə qədər müdafiə sənayesində olmamız lazım olan hər yerdəyik. İndi növbə milli döyüş təyyarəsinindir. İnşallah 2023-cü ildə onu anqardan çıxarıb dünyaya göstərəcəyik.
İlk uçuşunu 2025-ci ildə edəcək təyyarəmiz sınaq proseslərindən sonra Hərbi Hava Qüvvələrimizin zərbə gücü olaraq 2029-cu ildə səmalarda yerini alacaq”, - deyə Ərdoğan qeyd edib.//Oxu.az

Online film
Çap
Swooshes, much like in the original, are dressed with the titular purple, matching the Nike Air branding seen atop the tongue and midsole.  air Max 95blog

Komment Əlavə et