“İran və Azərbaycan arasında əlaqələr sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında qurulub”.
"Xeberimvar.az"ın“Report”a istinadən xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Həm Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə, həm də 44 günlük Vətən müharibəsi dövründə İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İran Vətən müharibəsində də Azərbaycanın tarixi qələbəsini dəstəkləyib və Azərbaycan bunu yüksək qiymətləndirir", - nazir vurğulayıb.
Nazir qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi regional təhlükəsizliyə təhdid yaradırdısa, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi region üçün yeni inkişaf və iqtisadi artım imkanları yaradıb.
Çap