Menu
23 noy 23:18XƏBƏR LENTİ / Gündəm

Baydenin bəyanatı nefti ucuzlaşdıra bilməyib

Bakı vaxtı ilə saat 21:45-də Londonun “İCE Futures” birjasında keçirilən hərrac zamanı “Brent” markalı neft 3,25 faiz bahalaşıb.
Report-a istinadən xəbər veririk ki, “Brent” markalı neft hazırda 82,3 ABŞ dollarından satılır.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 16:09-da “Brent” markalı neftin qiyməti ABŞ prezidenti Co Baydenin neft qiymətini azaltmaq üçün strateji ehtiyatdan 50 milyon barel çıxartdıqları barədə açıqlamasından sonra 1,3% azalaraq 78,69 ABŞ dollarına qədər ucuzlaşmışdı.
Böyük Britaniya, Çin, Hindistan, Cənubi Koreya və Yaponiya da daxil olmaqla bir sıra digər ölkələr ABŞ-la eyni addımı atacaq.
Çap
FUN
The elder Hirst is no stranger to street culture either, of course, having collaborated with everyone from Supreme to Vans. Fear of Godreviews

Komment Əlavə et