Vətən müharibəsi zamanı cəbhəyə yardımlar göndərən, arxa cəbhədə durmadan çalışan insanlardan olan Elnur Əliyevin son paylaşımı hərkəs tərəfindən birmənalı qarşılanmayıb.
Belə ki, o, dünən Azərbaycan-Ermənistan sərhəddindəki hadisələrdən sonra öz sosial şəbəkə hesabında yenidən yardım kampaniyalarına başlamaq istədiyini və bu dəfə Laçın, Kəlbəcər istiqamətində döyüşən, xidmət edən igidlərə 1000 ədəd snikers göndərməyi qərara aldığını bildirib. Bu paylaşım sosial mediada müzakirələrə çıxarılıb və hətta Elnur Əliyevin bu addımı əsgərlərə təhqir kimi qiymətləndirilib.
Elnur Əliyev
Elnur Əliyev, Bizimyol.info saytına açıqlama verərək, indiyə qədər gördüyü işlər və son paylaşımı ilə bağlı müzakirələrə aydınlıq gətirib.
“Biz Tovuz hadisələri, Polad Həşimovun şəhid olmasından başlayaraq, müharibənin başlayacağı günə kimi təkər aksiyası həyata keçirmişik. Havanın ən isti keçdiyi İyun, İyul, Avqust aylarında biz günün altında cəbhəyə təkər daşımışıq. Bizimlə çalışan uşaqlar var idi ki, günvurma olurdular, dəriləri yanırdı.
Həmin vaxt tırlar yükü Qarabağa 500 manata aparırdılar. Mühabribə başlayana kimi biz 145 tıra işlənmiş təkər yükləyib göndərmişdik.
Sonra cəbhədən xəbər gəlmişdi ki, şpala ehtiyac var. Bu şpallar səngərlərin üstünə qoyulur ki, minamyot atılanda altda olan əsgərlərə təsir göstərməsin. Bu isə ölkədə tapılmırdı. Məsələ Cavid Qurbanova qədər çatmışdı. Axırda biz 4-3 vaqon şpalı Gürcüstandan gətizdirdik.və hərbi hissələrə payladıq. Bütün bu paylanmalar isə rəsmi şəkildə aparılıb.
Müharibə başladıqdan sonra isə orduya 800 min manatlıq yardım göndərmişdik. Təsəvvür edin ki, sədərəkdə corab papaq, alt paltarı, generator qalmamışdı. Hamısını alıb cəbhəyə yollamışdıq. Təkcə siqaretlərə isə 150-180 min arası pul verilmişdi.
Bu yardımlar zarafat deyil, bəlkə də 125 deputatdan çox iş görmüşük.
Müharibə başa çatdıqdan sonra isə şəhid və qazi ailələrinə yardım məqsədi ilə qeyri-rəsmi olaraq, “Könüllü yardım fondu” yaratdıq və dəstək verməyə başladıq. Bizim qaynat xəttimizdə var. Ehtiyacı olan ailələrə köməklik göstərir, problemini həll etməyə çalışırıq”.
Elnur Əliyev son paylaşımına aydınlıq gətirərək bildirib ki, burada lağa qoyulası, məsxərə obyektinə çevriləsi ir şey yoxdur.
“Onu deyə bilərəm ki, hamımız yaxşı bilirik ki, hərbidə əsgərlərin ən çox sevdiyi şey şirniyyatdır. Çünki hərbidə şirniyyat yox dərəcəsində olur. Onu da qeyd edim ku, bu şirniyyatlarla bərabər corablar da göndərməyi düşnürük.
Biz bu kampaniyanı ona görə etmək qərarına gəldik ki, onların ruh yüksəkliyini artıraq. Onlar görsün ki, biz onların daim arxasında, yanındayıq. Bilsinlər ki, xalq onların dəyərini bilir, gördükləri işi qiymətləndirir.
Mən bu işləri tək görmürəm. Biz dövlət idarələri ilə koordinasiyalı iş görürük. Burada 10 qəpik belə o tərəf, bu tərəf ola bilməz”.(bizimyol.info)
Leyla Mirzə
Çap