Menu
15 noy 19:14XƏBƏR LENTİ / Xarici

Ordumuzun şok manevri: Arşak buna görə qovuldu

Baş nazir Nikol Paşinyanın müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad etməsinin səbəbi Azərbaycan hərbçilərinin Ermənistanla sərhəddə qazandıqları üstünlüklə bağlıdır.
Axar.az-a istinadən xəbər veririk ki, bu iddia ilə politoloq Elxan Şahinoğlu çıxış edib.
O bildirib ki, Azərbaycan sərhədçiləri qışa qədər strateji mövqelərdə möhkəmlənməkdə davam edirlər:
“Ermənistan Müdafiə Nazirliyi əvvəlcə bu növ xəbərləri təkzib etməyə çalışır, ancaq internetdə yayımlanan görüntülər real durumu əks etdirdiyinə görə etiraflar başlayır. Nikol Paşinyan də elə buna görə Arşak Karapetyanı istefaya göndərdi ki, o, nə sərhədi qoruya bildi, nə də reallığı əks etdirən açıqlamalar verdi.
Paşinyan anlayır ki, erməni ictimaiyyətini aldatmaqla problem həll olunmayacaq. Ancaq Arşak Karapetyanın yerinə müdafiə naziri postuna Suren Papikyanın təyin edilməsi Ermənistan üçün problemin həllini yaxınlaşdırmayacaq. Suren Papikyan Paşinyanın inandığı bürokrat olsa da, Müdafiə Nazirliyi sisteminə yaddır. Görünür, Paşinyana müdafiə sistemində artıq generallar yox, gənc menecerlər lazımdır. Bu, Paşinyanın Ermənistan ordusunda yeni eksperimentidir və şübhəsiz, Qarabağ klanının simasında radikal müxalifətin növbəti mitinqi üçün əsas yaradacaq”.
Politoloqun fikrincə, Bakı öz mövqeyini davam etdirməlidir:
“Sərhədin strateji yüksəkliklərində nəzarətimizi gücləndirməli, o cümlədən sərhədin tərkib hissəsi olan Laçın dəhlizinin nəzarətə götürülməsinə addım-addım yaxınlaşmalıyıq. Ermənistan Zəngəzur dəhlizinin açılmasının yubadılmasının hesabını bu şəkildə ödəməlidir. Ancaq evin içində də tədbirlərimizi gücləndirməli, Qarabağ separatçıları ətrafında çəmbəri daraltmalıyıq. Azərbaycan hərbçilərinə qumbara atanlar və onları himayə edənlərin ödəyəcəyi hesab barədə də düşünməliyik”.
Çap
It was so encouraging as a young girl to see that [and] be like, 'It’s OK for me to want to dress sporty and wear sneakers.

Nike's thoughtful collaborations and partnerships have also added to the shoe's popularity among women.  Buy Shoes Online USA Blog

Komment Əlavə et