Menu
28 okt 00:47XƏBƏR LENTİ / Xarici

Kanadanın müharibədə Azərbaycana dəstəyə görə Türkiyəyə embarqo qoyan şirkəti müflis olub

Kanadanın İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək verdiyi üçün Türkiyəyə silah embarqosu qoyan müdafiə şirkəti müflis olub.
Kanadanın “Telemus Sistemleri Inc.” şirkəti müharibə dönəmində Türkiyə Aerokosmik Sənayesi şirkətinə embarqo tətbiq edib.
Hərbi pilotsuz uçuş aparatlarında istifadə üçün geniş çeşiddə elektron məmulatlar istehsal edən şirkət embarqonun mənfi maliyyə təsirləri səbəbindən Kanada hökuməti ilə Türkiyəyə ixrac icazəsi üçün bir neçə dəfə danışıqlar aparmağa cəhd etsə də, heç bir nəticə əldə edə bilməyib.
Qeyd edək ki, şirkət bu il iyulun 31-də hasilatı dayandırmazdan əvvəl 1,1 milyon ABŞ dolları xalis zərər görüb.
Xatırladaq ki, Kanada hökuməti 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Dağlıq Qarabağ müharibəsində Azərbaycanın yanında yer aldığı üçün Türkiyəyə silah embarqosu tətbiq etmişdi.
Rəsmi Ottava erməni mövqelərinə qarşı istifadə edilən türk pilotsuz uçuş aparatlarında Kanada texnologiyasından istifadə edildiyini iddia edərək, 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi ixracına embarqo qoyub, 2021-ci ilin aprelində isə “Telemus Sistemleri Inc.” şirkətinin ixrac icazələrini ləğv edib.(report.az)
Çap
TT
“I was able to meet with veterans themselves and thank them for their service, which was phenomenal,” she said. [url="https://www.yzys.jp/nike/travis-scott/jordan-4-travis.html  Air Jordan 4 Travis 偽物[/url]

Komment Əlavə et