Menu
14 okt 22:38XƏBƏR LENTİ / Gündəm

Ermənilərin atəş nəticəsində ordumuzun əsgəri şəhid oldu - RƏSMİ

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.
Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.
Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır. Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur.
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcək.


Çap
Oxşar xəbərlər:
"> Polkovnik-leytenant Əfqan Abdurahmanov necə şəhid oldu... - Bir döyüşün TARİXÇƏSİ "> Hərbçimizin şəhid olması ilə bağlı Azərbaycan XİN ermənilərə qarşı qəzəbli bəyanat yaydı "> Azərbaycan və Türkiyə görünməmiş hərbi təlimlərə başlayır-Naxçıvandan Kürdəmirədək "> Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür "> Həkim: “Bəhram Bağırzadəni həyata qaytarmaq üçün təcili ağ ciyər köçürülməlidir”
Komment Əlavə et
Adınız:
E-Mail:
Şifrə:
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: