Dünən axşam metroda insident olub.
17:45 radələrində metronun “Nəriman Nərimanov” stansiyasında sərnişinlə maşinist arasında mübahisə yaranıb.
Daxili İşlər Nazirliyindən (DİN) Musavat.com-a verilən məlumata görə, mübahisəyə səbəb sərnişinin qatara çata bilməməsi olub. Belə ki, qapıların bağlandığını görən sərnişin maşinistdən qapıları açmasını tələb edib. Sərnişin polis tərəfindən saxlanılıb, izahat alınıb.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Musavat.com-a bildirib ki, qatarların hərəkət qrafikində heç bir pozuntu olmayıb.
Çap