"Bəzi sərnişinlər tibbi maskanı metronun girişində taxırlar, lakin vaqona daxil olduqda çıxarırlar".
"Report" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi
Etibar İsayev bildirib.
Onun sözlərinə görə, cərimələnməni polis həyata keçirir, onların səlahiyyətidir: "Lakin bizdə cərimələnməyə ehtiyac yaranmayıb. Mayın
9-da bir sərnişin metronun “20 Yanvar” stansiyasında tibbi maska taxmaq barədə polisin göstərişinə əməl etməmişdi və onunla mübahisə etdiyinə görə həbs edilmişdi. Hələ başqa insident qeydə alınmayıb. Stansiyalarda bəzi faktlar aşkar edildikdə, videomüşahidə vasitəsi ilə gördük ki, vaqonun içində bəzi sərnişinlər maskanı çıxarır, biz dərhal elan verməyə başladıq ki, maskanı çıxartmayın".
Onun sözlərinə görə, metroda karantin qaydalarının əməl edilməsi qənaətbəxşdir, gözlədiyimizdən də yaxşıdır." Vaqonun içində sosial məsafəyə əməl edilir".
E.İsayev bildirib ki, bununla yanaşı qatarlarda kompleks və cari dezinfeksiya işləri aparılır.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, mayın
9-u saat
06:00-dan "Bakı Metropoliteni" QSC-nin sərnişindaşıma fəaliyyəti bərpa edilib.
Çap