"BMT-nin 5 daimi üzvünü küncə sıxışdırmalıyıq".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da jurnalistlərə açıqlamasında deyib.
“Radikal addımlar barədə hər zaman danışıram. 5 daimi üzvdən əlavə 189 ölkənin hər biri qətiyyətli addım atarsa, bu daimi üzvləri küncə sıxışdıra bilərik. Bununla bağlı yol xəritəsi var. Məsələ ilə bağlı BMT Baş Assambleyasına yazılı formada təzyiqlər, fövqəladə toplantılarla müəyyən hədəflərə nail ola bilərik”, - deyə, Ərdoğan bildirib.
Qeyd edək ki, Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ BMT-nin 5 daimi üzvüdür. / Axar.az
Çap