Avstraliyada yaşayan mafiya lideri Hakan Ayık yanlışlıqla beynəlxalq cinayətkar şəbəkəni ifşa edib.
Xarici KİV-ə istinadla xəbər verir ki, Hakan Ayık Federal Təhqiqat Bürosu (FBI) və Avstraliya Federal Polisi tərəfindən hazırlanan və yalnız cinayətkar şəbəkə liderlərinin tövsiyələri ilə qatılmanın mümkün olduğu tətbiqi yükləyib.
Rəsmilər ANOM adı verilən tətbiq vasitəsilə Avstraliya, Avropa ölkələri polisi və ABŞ Federal Təhqiqat Bürosunun birgə keçirdiyi əməliyyatla Avstraliya, Asiya, Cənubi Amerika və Yaxın Şərqdə qlobal narkotik ticarətində iştirak edən şübhəlilərin yaxalandığını açıqlayıb.
Əməliyyat nəticəsində yüzlərlə silah, narkotik maddələr, lüks avtomobillər, zinət əşyaları, təxminən 148 milyon dollar məbləğində pul, 6 ton kokain, 4 ton çətənə, 2 ton metamfetamin ələ keçirildiyi bildirilib.
ANOM adlı tətbiqin 100-dən çox ölkədə 300-dən çox cinayətkar şəbəkə üzvləri tərəfindən 12 min dəfədən çox mobil telefona endirildiyi qeyd edilib.
Polislər tətbiq vasitəsilə 27 milyondan çox mesajı ələ keçirərək oxuduqlarını söyləyib.
FTB-dən Kalvin Şivırs bu əməkdaşlığın nətiələrini “mükəmməl” adlandırıb:
“Son 18 ayda FBI 100-dən çox ölkədə 30-dan çox cinayətkar dəstəni ortadan qaldırıb. Ayık artıq hədəfdədir. Digər cinayətkarları ələ verən olduğu üçün ona çox sayda təhdidlər gəlir. Dolayısı ilə özünü vaxtında ədalətə təslim etməsini tövsiyə edirik”.
Əməliyyat çərçivəsində Avstraliyada qeyri-qanuni motosiklet qruplaşmasının üzvləri də daxil olmaqla 224 nəfər, Niderandda 49 nəfər həbs edilib, Yeni Zenlandiyada 35, İsveçdə 75, Almaniyada isə 60-dan çox şəxs saxlanılıb.(olke.az)
Çap