ABŞ prezidenti Co Baydenin səhiyyə üzrə baş müşaviri və ABŞ Mili Allergiya və Yolxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Faucinin elektron poçtlarının mediaya sızması müzakirələrə yol açıb.
Xarici KİV-ə istinadla xəbər verir ki, "mail"lərdə virusun laborotoriyadan sızması iddiaları və tibbi maskalarla bağlı mövqeyinin göründüyündən fərqli olduğu ortaya çıxıb.
2020-ci ilin yanvar-iyun aylarına aid “e-mail”lləri “Buzzfeed” və "Washington Post” yayımlayıb. Məlum olub ki, sözügedən “mail”lərdə Entoni Fauci çıxdığı canlı yayımlarda virusun laboratoriyadan çıxdığını qətiyyətlə rədd etsə də, əslində komandası bu fərziyyəni araşıdırıb.
Həmçinin tibbi maskanın məcburi olması fikini müdafiə edən Faucinin ABŞ səhiyyə naziri Aleks Azara göndərdiyi poçtunda əks mövqedə çıxış edib. Belə ki, Faucu Azara “maskalar əslində yoluxmuş şəxslərin virusu yaymasının qarşısını almaq üçün istifadə edilməlidir. Bunlar yoluxmayan şəxsləri qorumaq üçün tətbiq olunmamalıdır” sözlərini yazıb.
Bir çox mühafizəkar şəxslər Faucinin siyasətçiləri və jurnalistlər yanlış yönləndirdiyini söyləyərək onun vəzifəsindən azad edilməsini tələb edib.
Sabiq ABŞ prezidenti Donald Tramp sözügedən "mail"lərlə bağlı açıqlamasında Fauciyə qulaq asmadığı üçün ABŞ xalqının çox şanslı olduğunu yazıb.(olke.az)
Çap