Menu
24 may 00:16XƏBƏR LENTİ / Xarici

Dünya əbədi pandemiya ilə üzləşə bilər

Aparıcı dövlətlər Cənubi Asiya ölkələrində koronavirusun yayılması səbəbindən görülməmiş misilsiz humanitar fəlakətə məhəl qoymamağa çalışırlar.
Bu barədə ABŞ-ın “Project Syndicate” nəşrinin materialında bəhs olunur.
Məqalənin müəllifi Kevin Radd bəşəriyyətin təxminən dörddə birinin Cənubi Asiyada yaşadığını xatırladır. Bu bölgədə SARS-CoV-2-nin nəzarətsiz yayılması dünyanı davam edən bir pandemiya ehtimalı ilə təhdid edir.
Müəllif humanitar fəlakətin xüsusi bir nümunəsi kimi Hindistanı göstərir. Bu ölkədə cənazə üçün odun qıtlığı yaşanır. Bu səbəbdən Qanq sahillərində minlərlə çürüyən meyit yığılır. Xəstəxanalarda oksigen tükənir və təcili yardım şöbələrinin qarşısında uzun növbələr düzülür.
Nepalda hər iki sakindən birində COVID-19 aşkar edilib, bununla yanaşı, Hindistandan peyvənd və oksigen tədarükü bağlanıb.
Müəllif Cənubi Asiyada peyvənd prosesini sürətləndirmək üçün bütün mexanizmlərdən istifadə etməyi təklif edir, çünki Butan xaricində bölgənin heç bir ölkəsində vaksin vurulanların ümumi sayı əhalinin 10 %-ni keçmir.
O vurğulayıb ki, təkcə lazım olduğuna görə yox, həm də maraqlarımıza uyğun olduğuna görə, Cənubi Asiyaya yardım göstərməliyik. Çünki, virusun hər yerə nəzarətsiz yayılması daha da ölümcül ştammların ortaya çıxmasına səbəb ola bilər:
“Virusu dayandıraraq və mutasiyasını ləngidərək dünyadakı insanları həqiqətən qoruya bilmiriksə, əbədi bir pandemiya perspektivi ilə qarşılaşacağıq”.(olke.az)
Çap
Oxşar xəbərlər:
"> Virusun laboratoriyadan sızması yenə gündəmdədir – “Le Figaro” "> Koronavirus xəstələrini sağaldan azərbaycanlı həkimdən ŞOK XƏBƏRDARLIQ: Daha ölümcül olacaq, ya da... "> Eldar Namazov: “Azərbaycanı 1 il ərzində 4 ciddi risk gözləyir" "> Koronavirus – cəmiyyəti təhdid edən yeni təhlükə "> ABŞ-dan ÇİNƏ ŞOK TƏZMİNAT DAVASI: 21 TRİLYON DOLLAR- ARAŞDIRMA
Komment Əlavə et
Adınız:
E-Mail:
Şifrə:
yenilə, əgər kod görünmürsə
Şifrəni daxil edin: