Menu
09 may 14:22XƏBƏR LENTİ / Hadisə

Yol polisləri sirkə içən uşağı ÖLÜMDƏN QURTARDILAR - VİDEO

Dünən Bakı-Sumqayıt yolunda yol polisi əməkdaşları ağır vəziyyətdə olan uşağın xəstəxanaya çatdırılmasına köməklik göstəriblər.
Ağır vəziyyətdə olan uşğını xəstəxanaya aparan valideyn, avtomobilin nasazlığı səbəbindən yolda qalıb.
Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının I tağımının (Saray postunun) əməkdaşları çarəsiz vəziyyətdə qalan sürücünün köməyinə gəliblər. Onlar sirkə içən uşağın ağır vəziyyətdə olduğunu görüb patrul avtomobilinə mindirərək təcili şəkildə xəstəxanaya aparıblar.
Yolda tıxac olmasına baxmayaraq polis əməkdaşları səsgücləndirici vasitə ilə yolu boşaldıb və uşağı vaxtında xəstəxanaya çatdırıblar. Polis əməkdaşı uşağın yanındakı valideynlərin özünü itirdiyini görərək uşağı qucağına alıb və birbaşa palataya yerləşdirib.
"Avtosfer"ə müraciət edən azyaşlının atası Ceyhun Hüseynov, uşağının həyatda qalmasına səbəb olan polis baş leytenantı Qasımov Yaşar Xanoğlan oğluna və Daxili İşlər Nazirliyinin rəhbərliyinə öz təşəkkürünü bildirib.
( publika.az)

Çap
sad
Enjoy a close-up look at the limited release here. Designer Shoes Online

Komment Əlavə et