ABŞ-ın Co Bayden administrasiyasının Azərbaycana qarşı tətbiq etdiyi “Azadlığa Dəstək Aktı”na 907-cü düzəlişin icrasının dondurulması bu ölkədəki erməni diasporunu qəzəbləndirib.ABŞ-dakı ən böyük erməni diaspor təşkilatı “Hay Dat” (ANCA) Dövlət Departamentinin açıqlamasından dərhal sonra bəyanat yayıb.
“Co Bayden adminitsrasiyası “Azadlığı Dəstək Aktı”na 907-cü düzəlişin icrasını dayandırıb. Nəticədə ABŞ-ın Azərbaycana birbaşa yardımına icazə verilib”, - bəyanatda qeyd edilib.
Bəyanatda bildirilib ki, sələfi, keçmiş prezident Donald Trampı Azərbaycana qarşı “Azadlığa Dəstək “Aktı”nı tətbiq etməyə çağıran Prezident Co Baydenin özü bu embarqonu ləğv etmək qərarı verib.
“Hay Dat” ABŞ rəhbərliyini Azərbaycanı silahlandıracağından ehtiyat etdiyini, bunun üçün Bakıya “yaşıl işıq” yandırdığını vurğulayıb. Bəyanatda, eyni zamanda, bunun Baydenin bir neçə gün əvvəl “erməni soyqırımı” ilə bağlı verdiyi açıqlaması ilə üst-üstə düşmədiyi diqqətə çatdırılıb.
Bəyanatda Baydenin seçkiqabağı kampaniya dönəmində ermənilərə verdiyi vədlərin yerinə yetirilmədiyi də
deyilib.(teleqraf.com)
Çap