“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun model Ketrin Mayorqaya təcavüz etməsi ilə bağlı yeni iddialar gündəmə gəlib.Qol.az xəbər verir ki, goal.com-un yaydığı məlumata görə, Mayorqa Ronaldodan təzminat tələb etmək üçün məhkəməyə müraciət edəcək.
Daha əvvəl məhkəmə təcavüzlə bağlı heç bir dəlil tapılmadığı üçün 36 yaşlı hücumçunu məsuliyyətə cəlb etməmişdi. Lakin Mayorqa bu qərarla razı deyil. O, portuqaliyalı oyunçudan 56 milyon funt sterlinq məbləğində təzminat tələb etməyə hazırlaşır. "Mirror"un xəbərinə görə isə Ketrin Ronaldodan 18 milyon sterlinq keçmişə dair, 18 milyon sterliqn isə gələcəyə görə mənəvi zərər üçün təzminat istəyir.
Qeyd edək ki, Ronaldonun 2009-cu ildə Mayorqaya təcavüz etməsi və ona susması qarşılığında 375 min avro verməsi ilə bağlı iddialar yayılmışdı. Ancaq hücumçu bu iddiaları təkzib etmişdi.
Çap