Menu
27 yan 18:51XƏBƏR LENTİ / Xarici

İran Xarici İşlər Naziri: "Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Ara Ayvazyanla görüşüb.
APA-nın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi internet saytında məlumat verilib.
Bildirilib ki, İran və Ermənistan XİN başçılarının görüşündə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə edilib.
“Ermənistan respublikası daxil olmaqla bölgədəki bütün ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi əhəmiyyətlidir. Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, - deyə İran XİN başçısı bildirib.
O, Ermənistanı İranın əhəmiyyətli qonşusu kimi xarakterizə edib.
Çap
GUN
He Air Force 1 is without a doubt one of the most iconic Nike trainers ever released.

 The brainchild of legendary Nike designer Bruce Kilgore, he named them so after the plane that carries the President of the United States. airmax2090reviews

Komment Əlavə et