Menu
23 apr 21:30XƏBƏR LENTİ / Xarici

Cavad Zərif Trampa cavab verdi: “Bizim körfəzimizdə nə işiniz var”

ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatlara məxsus gəmiləri təqib edən İran hərbi gəmilərini məhv etmək barədə əmrinə rəsmi Tehrandan reaksiya gəlib.
Xarici agentliklər xəbər verir ki, dövlətin mövqeyi xarici işlər naziri Cavad Zərif tərəfindən ifadə olunub.
“Birləşmiş Ştatların hərbi-dəniz qüvvələrində 5000-dən çox koronavirusa yoluxma halı qeydə alınıb. Donald Tramp öncə onların qayğısına qalsın və Səddamın terrorçularının alqışlayacağı təhdidləri yağdırmasın”, - deyə İran rəsmisi söyləyib.
“Ümumiyyətlə, ABŞ silahlı qüvvələrinin öz evlərindən 7000 mil uzaqlıqda nə işləri var. Onlar bizim İran körfəzimizdə dənizçilərimizi təxribata çəkirlər”, - deyə Cavad Zərif qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp yuxarıda bəhs edilən əmri özünün twitter hesabında da yazaraq İran rəhbərliyinə xəbərdarlıq etmişdi.(Müsavat.com)
Çap
Komment Əlavə et