Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstənin Azərbaycan Ordusunun bölmələrinə hücum etməsi nəticəsində şəhid olan Elmir Qurbanov 3 gün əvvəl prezident tərəfindən təltif edilmişdi.Beyləqan rayonu, Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü Qənbərov Elmir Rayıl oğlu keçən həftənin cümə günü Ali Baş Komandanın sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, bölmələrimizə hücum nəticəsində daha bir hərbçimiz yaralanıb. Ermənilərin 6 nəfərlik diversant qrupu məhv edilib.
Çap