İsrailin Baş naziri Benyamin Netanyahu Amerika şirkətinin istehsalı olan Pfizer vaksini vurdurub. Şeba tibb mərkəzində peyvənd olunan Netanyahu vaksin vurulan ilk İsrail vətəndaşı olub. Vaksinasiya İsrail televiziyasında canlı yayımlanıb.
"Bu, 21-ci əsrin çox dəhşətli bir epidemiyasıdır və kiçik dövlətimiz milyonlarla peyvənd alıb. Hər kəs vaksin vurdurmalıdır. Səhiyyə nazirindən peyvənd olunanlar arasında olmaq istədiyimi xahiş etmişdik. Bütün israillilər üçün şəxsi bir nümunə göstərmək istəyirəm", - deyə baş nazir vurğulayıb.(teleqraf.com)
Çap