Sərtləşdirilmiş karantin rejimində fəaliyyətinə icazə verilən sahələrin siyahısı açıqlanıb.
Siyahını Baş Nazir Əli Əsədov təsdiqləyib.
Fəaliyyətinə icazə verilən sahələrin siyahısı aşağıdakı kimidir.
1. Səhiyyə və sosial sahə üzrə:1.1. elmi tədqiqat və laborator xidmətləri;1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrəxidmətlər;1.3. baytarlıq xidmətləri;1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrinistehsalı;1.5. sosial xidmətlər;1.6. sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan,habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.2. İnfrastruktur sahəsi üzrə:2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaztəchizatı, istilik təchizatı, enerji paylanması);2.2. elektrik enerjisinin istehsalı və təchizatı;2.3. su təsərrüfatı və meliorasiya;2.4. telekommunikasiya və rabitə xidmətləri.3. Nəqliyyat və logistika sahəsi üzrə:3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yükdaşımaları;3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yollarıxidmətləri;3.3. logistika xidmətləri;3.4. ictimai nəqliyyat və taksi xidmətləri.4. Əsas istehsalat növləri:4.1. müdafiə sənayesi məhsullarının istehsalı;4.2. neft avadanlıqları və qurğularının istehsalı;4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qidaməhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;4.5. kimyəvi məhsulların istehsalı;4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı vəemalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;4.7. əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti vəməhsul yığımı;74.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;4.9. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;4.12. mühəndislik və layihələndirmə xidmətləri;4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yollarıntikintisi və təmiri;4.14. qablaşdırma məhsullarının istehsalı;4.15. daş, metal və taxta məhsullarının istehsalı;4.16. mebel istehsalı və təmiri;4.17. diri heyvanların kəsimi.5. Pərakəndə və topdan satış üzrə:5.1. ərzaq məhsullarının satış məntəqələri;5.2. apteklər;5.3. yanacaqdoldurma məntəqələri;5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışməntəqələri;5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışıməntəqələri;5.6. onlayn satışlar.6. Məişət xidmətləri üzrə:6.1. məişət tullantılarının yığılması və utilizasiyası;6.2. kimyəvi təmizləmə;6.3. mənzillər istisna olmaqla, yaşayış binalarınıntəmizlənməsi;6.4. avtomobillərin təmiri;6.5. avtomobil yuyulma məntəqələri;6.6. heyvan sığınacaqları.7. Kütləvi informasiya vasitələri.8. Maliyyə təşkilatları üzrə:8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;8.2. investisiya şirkətləri, fond birjaları;8.3. sığorta təşkilatları;8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.9. Xüsusi xidmət növləri üzrə:9.1. çatdırılma xidmətləri;9.2. tərcümə xidmətləri;9.3. poçt xidmətləri;9.4. dezinfeksiya xidmətləri.10. Vəkillik fəaliyyəti.
Çap