Menu
17 dek 16:44XƏBƏR LENTİ / Gündəm

Putin Qarabağ, Naxçıvan və status haqqında danışdı

Rusiya Prezidenti Vladimir Putinə keçirdiyi geniş mətbuat konfransında Dağlıq Qarabağdakı durumla bağlı sual verilib.
Dövlət başçısına sualı TASS-ın müxbiri ünvanlayıb.
Vladimir Putin əvvəlcə müharibənin başlanma səbəblərindən danışıb:
“Dağlıq Qarabağda situasiya nəzarətdən çıxmışdı. Bu gərginlik uzun illərdir davam edirdi. Mən müharibənin hansısa kənar müdaxilə nəticəsində baş verdiyini düşünmürəm. Münasibətlər gərginləşdi və sonda münaqişə baş verdi. Rusiya hər zaman qan tökülməsinin əleyhinə olub.
Biz uzun illər bu mövqedən çıxış etmişik ki, Qarabağ ətrafındakı 7 rayon Azərbayacana qaytarılmalıdır, Qarabağın hazırkı status-kvosu saxlanılmalıdır. Bəlkə də bu statusu gələcək nəsillər həll etməlidir”.
Vladimir Putin Türkiyənin mövqeyi barədə də söz açıb: “Türkiyənin mövqeyi onların özlərinin dediyi kimi Azərbaycanın haqq işini müdafiə etməkdən ibarətdir. Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu ərazilər Azərbaycanındadır. Dağlıq Qarabağ özü də Azərbaycan ərazisidir”.
Üçtərəfli razılaşmaya toxunan Vladimir Putin deyib: “İnsanların ölümünün dayandırılması fövqəladə dərəcədə vacib məsələdir. Bundan sonra münasibətlər tam normallaşdırılmalıdır.
Kommunikasiyalar tam açılmalıdır. Bu, Naxçıvana da aiddir. Ermənistanın şimal və cənub əraziləri ilə də bağlıdır”(teleqraf.com)
Çap
gun
Alongside other retro models such as the Blazer and the Bruin, the Dunk was one of the first ever silhouettes to receive the Nike SB treatment, and it’s safe to say that it launched with a bang! AIR MAX 270

Komment Əlavə et