Menu
13 dek 09:52XƏBƏR LENTİ / Gündəm

60 milyard manat və 10 il - Qarabağın bərpası üçün pul və vaxt lazımdır

"Bərpa prosesinə 20-60 milyard manat vəsait lazım olacaq”.
Bu sözləri açıqlamasında azad edilmiş ərazilərimizin bərpası üçün nə qədər vəsaitə ehtiyacın olacağı sualını cavablandırarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
"İşğaldan azad edilıən ərazilərdə ilk növbədə ilkin tədqiqat işləri aparılmalıdır. Digər tərəfdən, hökumətin bərpa planının nədən ibarət olduğunu da hələlik bilmirik.Ərazilərin bərpası ilə bağlı müxtəlif yanaşmalar var. Şəhərlərin bərpası ilə yanaşı, kiçik kəndlərin böyük qəsəbələr şəklində birləşdirilməsi ideyası da mövcuddur. Aqrar sahənin inkişaf etdirilməsi mümkün olan ərazilərdə böyük qəsəbələr salınmalı, böyük təsərrüfatlar yaradılmalıdır”.
 Həmsöhbətimiz bildirdi ki, bunun üçün ilk növbədə bərpa konsepsiyası olmalıdır:
 "Daha sonr onun qiymətləndirilməsinin aparılması üçün ilkin hesablamalar aparmaq olar. İlkin olaraq, işğaldan azad edilən ərazilərimizin bərpasına 20-60 milyard manat arası vəsaitin sərf edilə biləcəyini söyləmək olar. Amma 100 milyard manatdan çox olmayacaq. Öncə kommunikasiya xətləri qurulmalı, paralel olaraq təhlükəsizlik təmin edilməlidir. İşğaldan azad edilən sərhədlərin uzunluğu 600 km-dan çoxdur.
 Bu ərazilər də bərpa olunmalıdır ki, ona 100 milyonlarla manat vəsait lazım olacaq. Minalardan təmizlənmə və müharibənin izlərinin silinməsi də bahalı prosesdir, 100 milyonlarla manata başa gələcək. İşğaldan azad edilən şəhərləri tək bərpa etmək azdır. Məsələyə kompleks yanaşmalıyıq. İnfrastrukturun yaranmasına da xüsusi diqqət yetirilməlidir”.
Ekspert hesab edir ki, bərpa işlərinin tam yekunlaşmasına 10 il lazım olacaq.(sfera.az)
Çap
However, for this upcoming iteration, the silhouette features a special message on the heel — a friendly reminder to “be kind” to others. Flyknitblog

Komment Əlavə et