Menu
12 dek 18:22XƏBƏR LENTİ / Gündəm

"Həddini aşan iranlı siyasətçilər Prezident Ərdoğan haqqında danışanda sayğılı olmalıdırlar"

“Həddini aşan iranlı siyasətçilər Prezident Rəcəb Tayyib Ərdoğan haqqında danışanda sayğılı olmalıdırlar. Çətin anlarda İranın dostu olan Prezidentimizə hücum edənlər öz ölkələrinin düşmənlərini sevindirirlər”.
APA-nın məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “Twitter” hesabında yazıb.
AKP sözçüsü bəzi İran siyasətçilərinin Türkiyə Prezidenti haqqında istifadə etdikləri çirkin dili qınadıqlarını bildirib: “Hər kəs İranın üzləşdiyi sanksiya və embarqolara susanda yalnız Prezidentimiz buna qarşı çıxmışdı”.
“Bu gün azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmələrinə sevindiyimiz, sevinənlərlə yan-yana olduğumuz gündür. Bundan narahat olanlar öz fikirlərini nümayiş etdirirlər. Prezidentimiz haqlıların yanında durmağa, haqsızlıq qarşısında susmamağa davam edəcək. Biz erməni işğalına qarşı Azərbaycanın yanındayıq. Qardaş İranı da haqsızlıqlardan qorumağa davam edəcəyik”.
Qeyd edək ki, Ərdoğanın Bakıda keçirilən Zəfər paradında Araz çayı haqqında söylədiyi şeir İran tərəfinin narazılığına səbəb olub. İran xarici işlər naziri Cavad Zərif Ərdoğanın bu şeiri söyləməsini qınayıb, Türkiyə səfiri İran XİN-ə çağırılaraq, izahat tələb olunub. Eyni zamanda İran tərəfinin bu addımına görə, bu ölkənin səfiri də Türkiyə XİN-ə çağırılıb.
Çap
They both launched to huge successes, with the Ben and Jerry’s x Nike SB Dunk Low following in their footsteps and garnering a huge amount of hype! NIKE Sacai LDWaffle blog

Komment Əlavə et