Menu
02 dek 23:32XƏBƏR LENTİ / Hadisə

Bronxial astma koronavirusa yoluxma riskini azaldır

Bronxial astma xəstələrində koronavirusa yoluxma riski azdır.
“Report” xəbər verir ki, bu barədə İsrail alimlərinin “ScienceDirect” portalında yayımlanan araşdırmasında deyilir.
Əsərin həmmüəlliflərindən olan həkim Yucin Merzonun sözlərinə görə, mütəxəssislərin gəldiyi nəticələri izah edən müxtəlif fərziyyələr var. Belə ki, respirator alergiya SARS-CoV-2-nin hüceyrəyə giriş nöqtəsi olaraq istifadə etdiyi angiotenzin çevirici fermentin (ACE2) əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır.
Alimlər astma xəstələrində sosial faktorun da rolu olduğunu qeyd edirlər.
“Onlar, böyük ehtimalla, Səhiyyə Nazirliyinin təlimatlarına uyurlar, yəni maska taxmaq, sosial məsafə saxlamaq və gigiyena qaydalarına əməl edirlər”, - Y.Merzon bildirib.
Həkimlər araşdırmanın əhalinin ayrı-ayrı qrupları üçün fərdi tövsiyələrin verilməsində faydalı ola biləcəyini hesab edirlər.
Çap
FUN
For the second year in a row, the Nike Air Force 1 Low is the top-selling sneaker in the athletic industry. Best Sneakers

Komment Əlavə et