Menu
21 noy 18:22XƏBƏR LENTİ / Gündəm

Ukraynadakı səfirimiz: " Hansısa Türkiyə bizə kömək etməyib" - deyərək Rusiyaya təşəkkür etdi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ardından Ukraynadakı səfir Elmira Axundova da tutduğu posta uyğun olmayan mövqe sərgiləyib.
Musavat.com xəbər verir ki, Savik Şusterin Ukraynada populyar olan “Svoboda Slova” verilişinə onlayn qatılan Elmira Axundova Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu danmağa çalışıb.
Aparıcının “Bu gün Azərbaycanın əsas müttəfiqi Türkiyədir, Türkiyə həm də Zaqafqaziyada çox ciddi faktordur” replikasına səfir “ola bilər” deyərək, çox qısa formada cavab verib. Aparıcı Elmira Axundovanın ifadəsinə təəccübünü gizlətməyərək, onun “ola bilər” sözlərini bir neçə dəfə təkrar edib.
Bununla yanaşı, səfir Ermənistanın kapitulyasiya etməsinə görə Azərbaycan dövlətinə, Azərbaycan ordusuna deyil, Rusiyaya(?!) minnətdarlığını bildirib.
Səfir “bizə hansısa Türkiyə kömək etməyib” kimi fikir də işlədib.  Elmira Axundova 5 dəqiqə 20 saniyəlik çıxışı zamanı Qarabağ müharibəsindən Azərbaycanı qələbə ilə çıxaran Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin adını belə çəkməyi lüzum görməyib.(musavat.com)
Verilişin videosu:

Çap
Reminiscent of pairs in the forthcoming “Go The Extra Smile” collection, the newly-surfaced pair indulges in a predominantly-yellow arrangement across the mesh upper. Fashion Shoes

Komment Əlavə et