Menu
04 sen 18:32XƏBƏR LENTİ / Hadisə

Qadınları öldürüb soyuducuya yığan manyak - Məhkəmə qarşısında


Ana səhifə
  /  Dünya

Qadınları öldürüb soyuducuya yığan manyak - Məhkəmə qarşısında



 13:25  613


Ötən ilin aprelində Londonun qərbindən bir evə basqın edən polis soyuducudan iki qadın cəsədi çıxarmışdı. Cəsədlərdən biri Kipr türkü Mihrican Mustafaya, digəri macar əsilli Henriett Szuksaya aid olduğu müəyyən edilmişdi.
Dünyada səs-küyə səbəb olan bu cinayət işinə dair yeni detallar ortaya çıxıb.
Ev sahibi Zahid Yunis artıq məhkəmə önünə çıxarılıb. Prokurorlar iki müdafiəsiz qadını qətlə yetirdiyi üçün cinayətkarın ciddi cəzalandırılmasını vacib sayırlar.
Məhkəmə prosesində polis əməkdaşları şahid qismində ifadə veriblər. Bildiriblər ki, onlar şikayət əsasında evə daxil olsalar da Zahid Yunisi tapa bilməyiblər. Evdəki soyuducunun qapısı açarla bağlı olub. Dondurucunun qapısını sındırıb açdıqda bir cəsədlə qarşılaşıblar. Daha sonra ikinci cəsədin soyudunun aşağı hissəsindən olduğunu müyyən ediblər.
İfadələrdən bəlli olub ki, öldürülən macar əsilli xanım Henriett Szuksayadan sonuncu dəfə 2016-cı ildə, ikinci qurban olan türk xanım Mihricandan isə 2018-ci ilin mayında xəbər alınıb.
Qatilin xanımları hansı şəraitdə öldürdüyü tam bəlli olmasa da, sübut edilib ki, onlar öldürülmədən əvvəl zorakılığa məruz qalıblar.
“Boksyor” ləqəbli Zahid Yunis cinayətləri törətdiyini rədd eləyib, bunun müqabilində cəsədləri soyuducuya yerləşdirdiyini boynuna alıb. O, deyib ki, özü küçədə olduğu zaman macar əsilli xanım evində ölüb. Ancaq panikaya düşdüyü üçün bunu polisə bildirməyib.
Gizli şahidlərin ifadələrinə görə, Zahid Yunis öldürdüyü xanımların cəsədlərini soyduyuca qoymaq üçün bir nəfərin köməyindən istifadə edib.
Nütəxəssislər ehtimal edirlər ki, manyakın qurbanlarının sayı çoxdur.(teleqraf.com)
Çap
The payoff is in the product. Air Max has been huge for us. The 720 brought a lot of revenue when it came out. It’s a very successful franchise. M2K TEKNO blog

Komment Əlavə et