Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Bakıda kriminal aləmin nümayəndələrinə qarşı əməliyyatı hansı obyektdə keçirdiyi məlum olub.
"Report"un xəbərinə görə, əməliyyat Xətai rayonundakı "Qarabağ" restoranında keçirilib.
Restoran rəhbərliyinin karantin qaydalarını pozduğuna görə cərimələnəcəyi gözlənilir.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda restoranların birində toplantı keçirən kriminal aləmin nümayəndələrinə qarşı əməliyyat keçirib.
DİN Mətbuat Xidmətinin rəisi
Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, əməliyyat davam edir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Gecə saatlarında əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb.
Qeyd edək ki, əməliyyat barədə ilk məlumatı “Qafqazinfo” yayıb.
Çap