Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi heyəti ilə Azərbaycana səfər edib. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Hulusi Akar "Twitter" səhifsində yazıb.
Nazir bildirib ki, sabah Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.
Çap