Livan yenə də dünyanın gündəminə düşüb. Ölkə tarixinin ən dərin böhranını yaşayır.“Demək olar hər şeyi xaricdən idxal edən bu ölkə indi əsas limanın xarabaya çevrilməsi ilə birlikdə tam çökmək təhlükəsi ilə üzləşib” - deyə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yazır.
Bi vaxtlar “Yaxın Şərqin İsveçrəsi” adlandırılan bu ölkədə indi əsl fəlakət yaşanır. Şəhərdə elektrik enerjisi cəmi bir neçə saat verilir. Lakin milyardlarla pul elektrik şirkətində “yeyilib”. Küçərlə zibillə doludur və şəhər rəhbərliyi on ildir onun yığışdırılması problemini həll edə bilmir. Livan valyutası son bir neçə ayda 80% dəyər itirib.
Ölkədə yaranan ümumi maliyyə və ticarət kəsiri tibbi təminat sahəsinə də sıçrayıb. Dövlət səhiyyə sistemi tamamilə iflas edib.
Livan dövləti demək olar ki, tamamilə idxaldan asılı vəziyyətə düşüb. Ölkədə hazırda çətin tapılan taxıl və un məhsullarının 80%-i xaricdən gətirilir.
Livan hazırda vətəndaş müharibəsindən sonra dağılan Suriya və hələ də müharibə vəziyyətində olduğu İsraillə sərhəddir.
Ticarət aparılması livanlılar hava və gəmi limanının ümidinə qalıb. Hadisənin baş verdiyi yerdə ölkənin əsas taxıl anbarının partlayış mərkəzində olması dövlət üçün əlavə faciə deməkdir.
Baş nazir Həsən Diyabın “2,7 min ton ammiak şorasının anbarda baxımısız vəziyyətdə uzun müddət qaldığı” barədə sözləri də elə ölkə idarəçiliyində acınacaqlı vəziyyəti göz önünə sərir.(musavat.com)
Çap