Fransa Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə nail olunması üçün bütün səylərini ortaya qoyacaq.APA-nın xəbərinə görə, bu barədə Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian ölkə parlamentində çıxışında bildirib.
Parlamentin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, nazir Ermənistan-Azərbaycan sərhədində baş verənlərin ciddi narahatlıq yaratdığını qeyd edib:
“Xüsusi qeyd olunmalıdır ki, toqquşmalar Qarabağda deyil, Ermənistanla Azərbaycan arasında sərhəddə baş verib”.
Le Drian vurğulayıb ki, münaqişənin hərbi yolla həlli ola bilməz:“Siyasi qərar lazımdır və mən ümid edirəm ki, bunu etmək mümkün olacaq”.
XİN başçısı qeyd edib ki, Paris münaqişənin sülh yolu ilə həlli üçün bütün səylərini ortaya qoyacaq. O, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olduğunu da xatırladıb.
Çap