Menu
15 iyl 09:30XƏBƏR LENTİ / Gündəm

General-mayor Polad Həşimov dəfn olunur

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur.
"Report" xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.
Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yayılım atəşi açılıb.
Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.
Çap
Komment Əlavə et