Menu
14 iyl 13:22XƏBƏR LENTİ / Gündəm

General-mayor Həşimov Polad və daha 6 hərbiçi şəhid olub

Azərbaycan Ordusunun general-mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub.
Bunu cəbhəbölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini Kərim Vəliyev deyib.
"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilib. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın olunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", - deyə, o bildirib.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olublar:
1. Mayor Əhmədov Namiq Hajan oğlu
2. Mayor Novruzov Anar Gülverdi oğlu  
3. Gizir Zeynallı ilqar Ayaz oğlu
4. Gizir Babayev Yaşar Vasif oğlu 
5. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu
Allah rəhmət etsin.
Çap
Komment Əlavə et