Menu
13 iyl 11:34XƏBƏR LENTİ / Gündəm

Üç övlad şəhid olan atalarını yola saldı- FOTOLAR

Ağstafa rayonunda şəhidlə vida mərasimi keçirilir.
Azərbaycan Ordusunun əsgəri Sadıqov Vüqar Lətif oğlunun nəşi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndinə aparılıb. Vida mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edir.
Mərasimdən yayılan fotoda şəhidin övladları yer alıb. Mərhumun 2 qız, 1 oğlu olub. 
Dünən Ermənistan silahlıqüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub, yaralılar var.


Çap
Komment Əlavə et