Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 44-cü sessiyasında 46 ölkənin nümayəndəsi Çinin Şərqi Türküstanda (Sincan Uyğur Muxtar Vilayətində) uyğur türklərinə qarşı həyata keçirdiyi etnik təmizləməni dəstəklədiyini açıqlayıb.
Avropa.info xəbər verir ki, Belarusun təqdim etdiyi və Çinin Şərqi Türküstanda "separatçı qruplar" a qarşı mübarizə apardığı iddia olunan sənədi bəzi müsəlman ölkələr də imzalayıb.
İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir kimi müsəlman ölkələrinin əksəriyyətinin imzaladığı sənəddə, rəsmi Pekinin Sincan bölgəsində insan haqlarını qoruduğu, separatizmə qarşı mübarizə apardığı iddia olunur.
Sənədi imzalayan 46 ölkənin siyahısı belədir: 1. Çin 2. Bəhreyn 3. Belarus 4. Burundi 5. Kamboca 6. Kamerun 7. Mərkəzi Afrika Respublikası 8. Komoralar 9. Konqo 10. Kuba 11. Şimali Koreya 12 Cibuti 13. Misir 14. Ekvatorial Qvineya 15. Eritreya 16. Qvineya 17. Qvineya Bisau 18. İran 19. İraq 20. Laos 21. Lesoto 22. Mozambik 23. Myanma 24. Nepal 25. Nikaraqua 26. Niger 27. Oman 28 Pakistan 29. Fələstin 30. Papua Yeni Qvineya 31. Filippin 32. Rusiya 33. Səudiyyə Ərəbistanı 34. Serbiya 35. Solomon adaları 36. Cənubi Sudan 37. Şri Lanka 38. Sudan 39. Surinam 40. Suriya 41. Birləşmiş Ərəb Əmirlikləri 42 Venesuela 43. Yəmən 44. Zambiya 45. Zimbabve 46. Toqo Avropa Parlamentinin deputatı Rafael Glucksmann bu siyahını sosial mediada yayımlayaraq, "Siyahıdakı 46 hökumət kimi Şərqi Türküstandakı cinayətləri dəstəkləyən ölkələr var. Avropalı liderlərimiz kimi, səssiz qalanlar da var" deyib.
BMT, ABŞ Dövlət Departamenti, Human Rights Watch (HRW) və müxtəlif insan haqları təşkilatlarına görə, Çin hökuməti 2017-ci ildən bu yana uyğur türklərinin əsir olaraq saxlanıldığı 1300-ə yaxın düşərgə qurub.
ABŞ Dövlət Departamentinin məlumatlarına görə, bu düşərgələrdə 3 milyona yaxın uyğur zorla saxlanılır.
Avropa Parlamentinin 30 iyun tarixli hesabatında Çin hökumətinin uyğur türklərinə və digər müsəlman əhaliyə nəzarət etmək üçün tətbiq etdiyi kontrola alma proqramını genişləndirdiyini bildirmişdi.
Hesabata görə, mütəxəssislər Çinin Şərqi Türkistanda son dörd "demoqrafik soyqırım" həyata keçirdiyi bildirilir.
Avropa.info
Çap