Menu
07 iyl 22:57XƏBƏR LENTİ / Xarici

"24 saata öldürür" - ÜST-dən Çində yayılan xəstəliklə bağlı AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində ortaya çıxan və 24 saat içində öldürücü gücə malik bubonik vəba xəstəliyinin yüksək risk altında olmadığını açıqlayıb. Ancaq dünən Çin rəsmiləri aşkarlanan yoluxma hadisələrindən sonra epidemiya riskinin olduğunu deyiblər və üçüncü səviyyəli həyəcan vəziyyəti elan olunub.
Publika.az-ın məlumatına görə, ÜST-ün sözçüsü Çində bubonik vəba hallarının sayını nəzərə alaraq xəstəliyin nəzarət altında olduğunu söyləyib.
Qeyd edək ki, ötən gün Çinin Daxili Moğol Muxtar Vilayətindəki Bayan Nur şəhərində bir şəxsdə bubonik vəba aşkar edilib. Əsasən, gəmiricilərdə olan bir bakteriyanın yaratdığə bu vəba müalicə olunmazsa, 24 saat içərisində ölümcül olur. Səlahiyyətlilər, ilin sonuna qədər davam edəcək həyəcan vəziyyəti ilə əlaqədar olaraq, hazırda insanlar arasında bubonik vəba epidemiyasının yayılması riskinin olduğunu bildirirlər.
Çap
Komment Əlavə et