Azərbaycanda cCümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunması gözlənilir. İctimai və fərdi nəqliyyat hərəkəti, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə tam qapalı rejim yaradılacaq.
"Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O qeyd edib ki, sabah bununla bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun müraciəti olacaq. Bu məsələlər detallı şəkildə elan ediləcək.
Çap