Saytındakı koronavirus haqqında məlumatları mütəmadi olaraq yeniləyən 17 yaşlı oğlan 8 milyon dollarlıq reklam təklifini rədd edib.Koronavirus haqqında lazımlı məlumatları yayan saytı ilə gündəmdə olan 17 yaşlı lisey şagirdi Avi Şiffmanın gündə 30 milyon insanın ziyarət etdiyi sayta gələn reklam təkliflərini geri çevirməsi maraqla qarşılanıb.
Dünyanı təsir altına alan koronavirus pandemiyası hələ də bəşəriyyətə hökm edir. Bu vəziyyətdə koronavirus haqqında ən çox ziyarət edilən saytlardan birinin yaradıcısı Avi Şiffman pandemiya sona çatana qədər işləməyə davam edəcəyini və sayta yeni xüsusiyyətlər əlavə edəcəyini söyləyib.
Saytda hər kəsin koronavirus haqqında bilməli olduğu məlumatları tapmaq mümkündür. Ümumdünya Səhiyyə Təşkilatından və ölkələrin rəsmi saytlarından alınan məlumatlar fonunda daim yenilənən veb sayt bir çox ölkədə ölüm, sağalma və yeni yoluxma halları haqqında məlumat yayır.
Uğurlu işindən qürur duyduğunu, lakin bununla gündəmə gəlmək istəmədiyini bildirən gənc Ümumdünya Səhiyyə Təşkilatının gələcəkdə bu vəziyyəti nəzərə alacağına ümid edir.
İndiyə qədər ümumilikdə 700 milyon insanın ziyarət etdiyi sayt üçün 8 milyon dollar dəyərində bir çox reklam təklifi aldığını bildirən Şiffman əsas hədəfinin insanlara düzgün məlumat vermək olduğunu söyləyib.
Onun bu davranışı saytının izləyiciləri tərəfindən də rəğbətlə qarşılanıb.
Gənc oğlan 8 milyon dollara ehtiyacı olmamasının yaşının az olması ilə əlaqələndirib. O gələcəkdə saytı sata biləcəyini də qeyd edib.
Musavat.com
Çap