UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurmaqomedovun atası və məşqçisi Abdulmanap Nurmaqomedov komaya düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Sport-Express" məlumat yayıb.
"Abdulmanapın vəziyyəti çox pisdir, komadadır",- deyə məlumatda qeyd olunur.
Bildirilir ki, Həbib Nurmaqomedovun atasının Dağıstanda səhv müalicədən sonra səhhəti pisləşib.
Xatırladaq ki, 25 aprel bazar ertəsi günü Həbibin atası sətəlcəm xəstəliyinə tutulub. Mayın 5-də Abdulmanap Nurmaqomedov Mahaçqaladan Moskvadakı hərbi xəstəxanalardan birinə təcili aparılıb.
Bu arada irland döyüşçü Konor Makqreqor Abdulmanap Nurmaqomedovun xəstəliyi ilə əlaqədar Həbib Nurmaqomedov və ailəsinə dəstək çıxıb: "Abdulmanap Nurmaqomedovun sağalması üçün dua edirəm. Bu şəxs bütün güləş növləri üzrə düşündüyümüzdən daha çox dünya çempionu yetişdirib, o, əsl dahidir. Bu xəbərdən çox kədərləndim. Bu çətin gündə Nurmaqomedov ailəsi üçün dua edirəm".
Çap