Menu
06 may 21:50XƏBƏR LENTİ / Hadisə

Rusiyanın mədəniyyət naziri də koronavirusa yoluxdu

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova koronavirusa yoluxub. 
Nazirliyin sözçüsü Anna Usaçyova nazirin uzun müddətdir ki, evə qaldığını və videokonfrans yolu ilə toplantılar keçirdiyini bildirib. 
Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın baş naziri Mixail Mişustin və inşaat naziri Vladimir Yakuşevin də koronavirus testi pozitiv çıxmışdı.
Qeyd edək ki, bu günə qədər Rusiyada 165 min 929 nəfər koronavirusa yoluxub, 1537 nəfər isə virusdan dünyasını dəyişib.(musavat.com)
Çap
Komment Əlavə et