Menu
02 may 17:43XƏBƏR LENTİ / Hadisə

İcra başçısı həbs ediləndə 2800 dollarlıq kəmər taxırdı - FOTO

Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən iş otağında rüşvət alarkən saxlanılan icra başçısı Mahir Quliyev bahalı geyim həvəskarı imiş. Karantin rejimi dövründə dövlət tərəfindən imkansız ailələrə ayrılan 500 manatlıq yardım payının 200 manatını da mənimsəyən Mahir Quliyevin 2800 dollarlıq kəmər taxması müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Biləsuvar raynunun icra başçısı Mahir Quliyev iş otağında DTX əməkdaşları zamanı saxlanılan zaman brend markalı kəmər taxırmış.
Əməliyyat çəkilişindən də görünür ki, Mahir Quliyevin kəməri məşhur "Stefano Ricci"dəndir. Kəmərin qiyməti isə 2800 dollardır (4760 manat).
İmkansız ailələrin yardımına göz tikən icra başçısının bahalı kəmər taxması Mahir Quliyevə qarşı qəzəbi daha da artırıb. Hazırda sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri də budur.
Xatırladaq ki, M.Quliyev rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi ağır maddələrlə ittiham edilir.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.(musavat.com)


Çap
Komment Əlavə et