Menu
01 may 17:25XƏBƏR LENTİ / Gündəm

Azərbaycanın əksər şəhər və rayonlarında restoran, kafe və çay evlərinin fəaliyyəti bərpa edilir

Azərbaycanda restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).
Çap
Komment Əlavə et