Mütəxəssislər Çində meydana gələn koronavirusun fərqli səthlərdə saatlarla, hətta günlərlə qala bildiyini açıqlayıb.
2003-cü ildə ortaya çıxan SARS virusundan alınan nümunələrlə COVID-19 virusunun nümunələrini qarşılaşdırıb və onların səthdə qalma müddətlərinin bir-birinə bənzədiyini müəyyənləşdiriblər.
ABŞ-ın Beynəlxalq Səhiyyə İnstitutunun verdiyi məlumata görə, mis səthlərdə 4 saat, kartonda 24 saat, plastik və paslanmaz dəmir səthlərdə 3 günə qədər qala bilər. Bununla birlikdə virusun aktiv qalma müddəti istilik, nəmişlik səviyyəsi və virusun miqdarına görə dəyişə bilər. Virusun xarici mühitdə daha "kövrək" hala gəldiyini deyən tədqiqatçılar bununla yanaşı, havadan yoluxmanın əl ilə toxunduğumuz səthlərdən daha tez olduğunu bildirib.
Mütəxəssislərin virusdan qorunmaq üçün verdikləri ortaq qərarlar bunlardır:
"Öskürərkən və ya asqırarkən dəsmalla, qolumuzla ağzımı və burnumuzu bağlamalıyıq. Xəstə insanlarla aranıza 1 metr məsafə olmalıdır. Əllərinizi tez-tez su və sabunla və ya gigiyenik gellə yumaq lazımdır. Çirkli əllə üz və gözə toxunmaq olmaz".(mediapost)
Çap