Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı iqtisadi ekspert Qubad İbadoğlu şəxsi "Facebook" hesabında paylaşıb.

Ekspert paylaşımında universitet barədə də məlumat verib. O bildirib ki, sözügedən təhsil ocağını bitirən məzunlar üçün başlanğız əmək haqqı 88200 dollardır:
"MİT Massachusetts ştatının Boston ərazisinin Kembric şəhərində yerləşən kiçik özəl məktəbdir. Bakalavr tələbələrinin sayı 4510 nəfərdir. Bu universitetdə təhsil haqqı 53,790 dollardır. Qəbul olunma dərəcəsi 7 faizdir. Kompyuter elmləri, Mexaniki mühəndislik və Riyaziyyat ən populyar ixtisasıdır. Tələbələrinin Universiteti bitirmə faizi 94-dür. Bu Universiteti bitirən məzunlar üçün başlanğıc əmək haqqı 88200 dollarıdır. ABŞ-ın 1 nömrəli kompyuter elmləri məktəbi bu institut hesab olunur. MIT Quacquarelli Symonds (QS) 2019-20-ci il reytinqində dünya üzrə 1-ci, Times Higher Education 2020 reytinqində dünya üzrə 5-ci yerdədir".
Xatırladaq ki, Abulatıb bu ilin yanvar ayında Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) informatika fənni üzrə Azərbaycan məktəbliləri arasında yeganə qızıl medalı qazanmışdı.