Menu
11 mar 19:48XƏBƏR LENTİ / Şou biznes

Murad Dadaşovun qadağa qoyduğu müğənnilər...

Xəzər televiziyasının yeni rəhbəri Murad Dadaşov müğənnilər Manaf Ağayev, Mətanət Əsədova, Damla və Şəbnəm Tovuzlunun kanala çıxmasına qadağa qoyub.
Manaf Ağayev  açıqlamasında bu sözləri deyib:
“Vallah, bu haqda xəbərim yoxdur. Qadağa qoyulubsa, Allah canlarını sağ eləsin. Kanal rəhbəridir, mən ona nə edə bilərəm? İndi araşdıraram”.
Mətanət Əsədova isə Murad Dadaşovun qərarına belə reaksiya göstərib: “Yaxşı edib. Allah canını sağ eləsin. Məsləhət onundur. Onun xətrini çox istəyirəm, özü bilər. Rəhbərliklə rəhbərlik edə bilmərəm.
Murad müəllim rəhbər olmamışdan öncə onunla salamım var idi. Efirə görə yox, özünə görə hörmət edirəm. Ona görə də ondan küsmürəm. İşlərində uğurlar arzu edirəm”.
Müğənni Damlanın mətbuat katibi Əfruzə Ağayeva isə bildirib ki, bu barədə məlumatsızdır: “Damla xanımın Murad Dadaşovla çox yaxşı münasibəti var”.
Şəbnəm Tovuzlu özü telefon zənglərinə cavab verməyib.(teleqraf.com)
Çap
Komment Əlavə et